Nadir Qafarzadədən siyasi çağırış- Hamı seçkiyə gəlsin

img

16-09-2013 [16:07]


Tanınmış müğənni Nadir Qafarzadə bu ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində hazırki prezident cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib.

"Qafqazinfo”nun məlumatına görə, müğənni hər kəsi seçkilərdə iştirak etməyə səsləyib: "Hər birimiz bu ölkədə yaşayarıq və ölkəmizin inkişafı göz önündədir. Bu inkişafı görməmək üçün gərək kor olasan! Ulu öndərimizin yaratdığı müstəqil Azərbaycan Respublikasını hal-hazırda onun layiqli siyasi davamçısı olan cənab İlham Əliyev uğurla idarə edir və inkişafa doğru aparır. Azərbaycan hər bir sahə üzrə inkişaf edib, bunu bütün dünya bilir. Mən Azərbaycan vətəndaşlarını seçkidə aktiv olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA