Təhsil Nazirliyi: "Şikayətlə bağlı 2 direktor prokurorluğa verildi, 2 məsul şəxsə isə..."

img

15-01-2020 [16:26]


Ötən ilin dekabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 33 müraciət daxil olub.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri, Lənkəran, Bərdə, Tovuz, Oğuz, Lerik, Saatlı, Füzuli, Xaçmaz, Gədəbəy və Zəngilan rayon məktəblərindən daxil olan bu müraciətlər, əsasən, şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb.

Araşdırma nəticəsində Mingəçevir şəhər 7 nömrəli və Lənkəran rayonu Mamusta kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb: "Fəaliyyətində nöqsanlara yol vermiş 2 məsul şəxsə töhmət verilib, 2 müraciətə dair isə toplanmış materiallar əsasında hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA