PARTİYALARA BÜDCƏDƏN 2 AYLIQ VƏSAİT AYRILDI - Sədrlər ildə 117 min manatı hara xərcləyir?
15-01-2020 [11:42]
Bu il dövlət büdcəsində nəzərdə tutulan 4 milyon manat vəsaitdən siyasi partiyalara maliyyə yardımı verilməsinə başlanıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, “Siyasi partiyalar haqqında” qanunda əksini tapan siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması qaydasına əsasən, 2020-ci il dövlət büdcəsində partiyalar üçün nəzərdə tutulan vəsaitdən parlamentdə təmsil olunan partiyalar üçün 2 aylıq - yanvar və fevral ayları üçün vəsait ayrılıb və vəsaitlərin verilməsinə başlanıb.
F.Quliyev deyib ki, adətən, öncədən büdcədə siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitlər hər il rübün əvvəlində 3 aylıq olaraq ödənilib. Bu il növbədənkənar parlament seçkiləri ilə əlaqədar isə 3 aylıq deyil, 2 aylıq vəsait öncədən ayrılıb: "Çünki növbədənkənar seçkilər olduğu üçün seçkilərdə həmin partiyaların nümayəndələrinin yenidən parlamentə seçilib-seçilməyəcəyi bilinmir. Fevral ayında isə hələ V çağırış Milli Məclisin deputatlarının fəaliyyəti davam edəcək. Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi yeni parlamentin tərkibini təsdiqləyənə qədər də deputatlar fəaliyyətdədir. Ona görə də Milli Məclisdə təmsil olunan partiyalar üçün yanvar və fevral ayları üçün vəsaitlər ayrılıb. Yanvarın əvvəlindən başlayaraq fevralın sonuna qədər parlamentdə təmsil olunan partiyalar müraciət edərək vəsaitlərini ala bilər”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli də açıqlamasında Milli Məclisdə təmsil olunan partiyalara büdcədən ayrılan vəsaitin 2 aylıq hissəsinin verilməsinə başlanıldığını söyləyib: “Partiyamız parlamentdə bir nəfərlə təmsil olunur. Keçən il partiyamıza vergi ilə bir yerdə illik 117 min manat köçürülürdü. Biz təklif edirdik ki, partiyalar vergidən azad edilsin, ancaq belə qərar qəbul edilmədi. Yeni parlament formalaşandan sonra da parlamentdə təmsil olunan partiyalara düşəcək vəsait yenidən müəyyənləşdiriləcək”.
Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində siyasi partiyalara 4 milyon manat maliyyə yardımı nəzərdə tutulub. “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Dövlət büdcəsindən ayrılan vəsait rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülür.
Ancaq V çağırış Milli Məclisə seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, ancaq parlamentdə təmsil olunmayan siyasi partiyalar qeydə alınmayıb.
T.Kərimli bildirib ki, keçmişdə olduğu kimi, indi də həmin vəsait büdcədə olduğu kimi saxlanılır: “Əgər həmin vəsait parlamentdə təmsil olunan siyasi partiyalar arasında bölünmürsə, parlamentdə təmsil olunan partiyalar arasında bölünməsi yaxşı olardı. Ancaq bu addım da atılmayıb, o vəsait sərbəst saxlanılır ”.
Xatırladaq ki, V çağırış Milli Məclisdə 12 siyasi partiya təmsil olunur. 125 deputatdan 74 nəfəri Yeni Azərbaycan Partiyası (YAP), 2 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Ana Vətən, Demokratik İslahatlar, Demokratik Maarifçilik, Sosial Demokrat, Sosial Rifah, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Vəhdət, Vətəndaş Birliyi isə Milli Məclisdə 1 nəfərlə təmsil olunur/APA.
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb