ƏƏSMN-in tabeliyində daha 4 qurum yaradılacaq

img

14-01-2020 [18:28]


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 4 publik hüquqi şəxsin yaradılması gözlənilir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, məqsəd əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, nazirliyin strukturunun daha da optimallaşdırılması, idarəetmədə çevikliyin təmin olunmasından ibarətdir: “Burada DOST konsepsiyası da öz rolunu oynadı. DOST mərkəzləri yarandıqca nazirliyin digər şöbələrinin regional əsasda fəaliyyətini təşkil etməyi nəzərdə tuturuq. Yasamalda yaratdığımız DOST mərkəzi Yasamal və Səbail rayonuna xidmət göstərdiyinə görə yerli şöbələrin, qurumların fəaliyyətini regional əsasda qururuq. Bunun da məqsədi nazirliyin strukturunun DOST konsepsiyasına uyğun təşkilindən ibarətdir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA