Güclü qar və əlverişsiz hava şəraiti Gürcüstanda ciddi problemlər yaradıb

img

13-01-2020 [16:06]


Güclü qar və əlverişsiz hava şəraiti Gürcüstanda ciddi problemlər yaradıb.

Güclü qar Acarıstanda dağlıq ərazilərdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaradıb. Bəzi yaşayış massivləri ilə əlaqə kəsilib.

Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında deyilir ki, “Qoderdzi” dağ-kurort kompleksi yaxınlığında xarici turistləri aparan maşın qarda bataraq qalıb. Əraziyə xilasedicilər cəlb olunublar.

Gürcüstanın müvafiq qurumları güclü qar və əlverişsiz hava şəraiti və Qara dənizdə gözlənilən qasırğa ilə bağlı xəbərdarlıq yayıb.

İnsanları xüsusilə diqqətli olmağa dəvət edən qurumlar bildirirlər ki, dağlıq və dağətəyi ərazilərdə qar uçqunu, torpaq sürüşməsi ehtimalı var.

Kəskin hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA