Oqtay Gülalıyev 3-cü dəfə əməliyyat olunub 

img

10-01-2020 [22:50]


İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev 3-cü dəfə əməliyyat olunub. 

Mia.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

O, əməliyyatın 3 saatdan çox çəkdiyini qeyd edib:

"Həkim Mehdi Sasaninin sözlərinə görə, əməliyyat uğurlu keçib: “Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”.

Qeyd edək ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Oqtay Gülalıyev həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə əməliyyat olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA