Palatanın Mərkəzi Banka birləşdirilməsi prosesi başa çatıb - İşçilərin 25 faizi ixtisara düşüb

img

10-01-2020 [16:17]


Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə, iki qurumun birləşdirilməsi prosesi başa çatıb.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.

Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektin qalan 25%-nə kompenasiya ödənilib və onlar ixtisar olunub”, - deyə o, qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR