Sahib Ələkbərov: "Bu il 103 mindən çox yeni vergi ödəyicisi dövlət qedyiyyatına alınıb"

img

27-12-2019 [15:38]


Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 milyon manat artıq vəsait daxil edilib.

Bu barədə nazir müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, 11 ay ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 518 milyon manat çox olub.

“2019-cu ildə 103 mindən çox yeni vergi ödəyicisi dövlət qeydiyyatına alınıb. Ümumilikdə vergi ödəyicilərinin sayı 1,055 milyon nəfər təşkil edib”, - deyə nazir müavini qeyd edib.

S.Ələkbərov onu da bildirib ki, son 4 ayda kənd təsərrüfatı sahəsində uçotaalınma ilə bağlı da xeyli irəliləyiş olub: “Bu müddətdə 75 minə yaxın vergi ödəyicisi uçota alınıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına təsir göstərəcək”. 


Report


Digər xəbərlər
SON XƏBƏRLƏR