Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib - Elman Rüstəmov

img

10-01-2020 [16:01]


“Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.

Bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.

“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir”, - deyə o, qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR