Şahin Şıxlinskinin yerinə seçki olub

img

01-09-2025 [18:29]


Rusiyanın Ural bölgəsinin azərbaycanlı icmasının yeni rəhbəri seçilib.

"Azərbaycan-Ural" təşkilatının yeni rəhbəri Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinə də rəhbərlik edən Vidadi Mustafayev olub.

Xatırladaq ki, Vidadi Mustafayevə qədər "Azərbaycan-Ural" ictimai təşkilatının rəhbəri Şahin Şıxlinski olub. Şahin Şıxlinski avqustun 2-də Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.

İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir./Oxu.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA