Azərbaycanlı qadın keçmiş əri tərəfindən öldürülüb - Finlandiyada

img

02-09-2025 [09:07]


Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən öldürülüb.

Bu barədə Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrlərindən Arzu Oqtay feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə avqustun 29-da qeydə alınıb. O, qadının amansızlıqla qətlə yetirildiyini bildirib.

Adı açıqlanmayan 30 yaşlı qadının iki uşaq anası olduğu bildirilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR