3 milyon uyğur türkü Türkiyəyə köçürüləcək? - Rəsmi Ankaradan yayılan xəbərə reaksiya

img

02-09-2025 [10:27]


Türkiyə ilə Çin arasında imzalanan razılaşma çərçivəsində 3 milyon uyğur türkünün Türkiyəyə gətiriləcəyi iddiası böyük rezonas doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Cumhurbaşqanlığı açıqlama yayıb.

Açıqamada xüsusi vurğulanıb ki, Türkiyə ilə Çin arasında iddia edildiyi kimi, belə bir razılaşma və ya danışıqlar aparılmayıb.

Qeyd edilib ki, “Türkiyə ilə Çin arasında 3 milyon uyğurun Türkiyəyə köçürülməsi üçün razılıq əldə olunub” kimi yayılan iddialar tamamilə əsassızdır.

Həmin açıqlamanı aşağıda olduğu kimi təqdim edirik:

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR