"Qatilin saxlanılması xəbəri yalandır” - Nərminin atası danışdı + Rəsmi reaksiya

img

10-01-2020 [13:52]


Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Mia.az bildirir ki, məsələ ilə bağlı Nərminin atası Şərif Quliyev Modern.az-a məlumatı təkzib edib.

O, qeyd edib ki, hüquq mühafizə orqanları məsələni araşdırır: “Mənə heç kim belə məlumat verməyib. Qatilin saxlanılması xəbəri yalandır”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da Modern.az-a rəsmi məlumat olacağı təqdirdə ictimailəşdriləcəyini bildiriblər.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA