Oqtay Gülalıyev başından yenidən əməliyyat olunacaq

img

09-01-2020 [17:23]


Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

Mia.az xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb. Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA