Gürcüstanda iki nəfər “donuz qripi”ndən ölüb

img

08-01-2020 [17:41]


Gürcüstanda son 5 ayda iki nəfər “donuz qrupi” (H1N1) virusundan ölüb.

Bu barədə Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O, qeyd edib ki, ölüm faktlarından biri İmereti rayonunda, digəri isə Acarıstan Muxtar Respublikası ərazisində qeydə alınıb.

“Hər iki halda da xəstələr müalicə üçün tibb müəssisəsinə gec müraciət ediblər. Onların hər ikisi yetkin şəxslər idi. Qrip bu insanların əsas xroniki xəstəliyini daha da ağırlaşdırıb", - deyə Amiran Qamkrelidze bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA