DYP-nin qalmaqallı polkovnikinə yeni vəzifə verildi

img

08-01-2020 [14:08]


Bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsindən azad edilən Müşfiq Rəhimova yeni vəzifə verilib.

“Qafqazinfo”nun bu haqda yaydığı məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini olan, polkovnik Müşfiq Rəhimov öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü. 

Onun rəhbərlik etdiyi idarə yol polisində ən çox narazılıq olan qurumlardan biri idi. Vəzifədən azad olunduğu vaxta qədər M. Rəhimov haqda mediada onlarla neqativ xəbərlər yayılıb. Sözügedən polkovnik yol polisində nömrə və sürücülük vəsiqəsi biznesini idarə edən şəxs hesab olunurdu. Onun bu “biznes” hesabına böyük var-dövlətə sahib olduğu da iddia edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA