“.az” domenli saytlara uğurlu kiberhücumlar 88% artıb

img

07-01-2020 [12:52]


2019-cu ildə “.az” domenli saytlara 167 kiberhücum qeydə alınıb ki, bu da 2018-ci illə müqayisədə 88% çoxdur.

“Report” xəbər verir ki, bu barədə CYBERO Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb. 

Məlumata görə, ötən ilin II yarısında kiberhucumlar xüsusilə çox olub və I yarımili 115% üstələyib. 

Hücum olunan veb resursların analizi göstərir ki, onların 62-si informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 105-i isə serverlərdə təhlükəsizliyin düzgün qurulmaması nəticəsində hackerlərin hədəfinə çevriliblər. Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 45% Linux ƏS, 55% isə Win ƏS üzərində qurulmuş resurslar olub. Analizlər eyni zamanda bu verb resursların 19-nun təkrar hücumlara məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməməsi faktını da ortaya çıxarıb.

Hücum həyata keçirilən informasiya resurslarının Host olunması ölkələr üzrə 69% ABŞ, 8%-i Türkiyə, 7%-i Rusiya, 7%-i Almaniya, 4%-i İngiltərə, 1%-i Azərbaycan, 4%-i isə Fransa, Bolqarıstan, Finlandiya, Hollandiya və Hindistanın payına düşür.

"Hücumların 63%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO Kibertəhlükəsizlik Mərkəzi bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir", - məlumatda qeyd olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA