Astara sakini odlu silah satarkən tutulub - FOTO

img

07-01-2020 [13:37]


Astara sakini odlu silah satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib. 

Belə ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli odlu silah olan tüfəngi satarkən tutulub.

Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA