Biləsuvarlı ər-arvad İranda qəzada öldülər

img

05-01-2020 [17:31]


Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

Hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA