Sabahdan "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş günü başlayır

img

05-01-2020 [11:13]


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar tətilə çıxan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü bu gün başa çatır.

Bu barədə Mia.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də 6 günlük tətil başa çatır və yanvarın 6-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu ilin dekabrın 31-dən 2020-ci ilin yanvarın 5-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA