"2 MİN MANATLA NECƏ DOLANMALIYAM?" - Villada qalmaqdan imtina edən icra başçısı və...

img

31-12-2019 [14:44]


Eynulla Fətullayev,

Virtualaz.org

***

Bu nədir-keçmişdə olmuş əhvalat, yoxsa nağıl? Hərçənd həm olmuş əhvalat kimidir, həm nağıl-şifahi xalq yaradıcılığı janrı. Amma şifahi xalq yaradıcılığı həyatda baş verənlərdən götürülür, nağıl isə hər halda sehrli qəhrəmanları ilə uydurma süjetdir.

Proloq əvəzi

İcra Hakimiyyətinin başçısı heç də qeyri-məhdud, mütləq hakimiyyətə malik olan, qanunun üç hərfini əldə rəhbər tutan və qanunun özünün adından danışan feodal xozeyin deyil. İcra Hakimiyyətinin başçısı prezidentin dili ilə desək, xalqın nökəridir və qanunçuluğu və hüquq qaydalarını həyata keçirən məmurdur, nəhayət belə də olmalıdır. Və bu gün girişdə sizlərə çatdırmaq istədiyim nağıl deyil, olmuş əhvalatdır, dillərdə dastandır...

Prezidentin yeni formatda görüşlərindən və müşavirələrindən birində kameraların obyektivində əks olunan yeni icra hakimiyyəti başçılarından biri təyinatını aldıqdan sonra idarə etməli olduğu rayona gəlir. Rayonda ştatlı boyar əyanları başçını Xan kimi qarşılayır-adət etdikləri kimi ona yaltaqlanır, hər cür qulluq göstərmək istəyir. Axı hələ sovet dövründən belədir-raykomların birinci katibləri, yaxud haradasa Orta Asiyada hokimlər, haradasa Azərbaycan kimi ölkələrdə icrabaşılar özlərində bölünməz hakimiyyət vertikalının bütün gücünü əks etdirirdi. Və indi də rayonun yeni başçısının gəlişinə hər cür dəbdəbə ilə hazırlaşmışdılar. Dövlət işidir axı, necə deyərlər...

Amma budur, heç demə bütün bu hazırlıqlar yersiz imiş. İcra Hakimiyyətinn başçısı ştatlı əyanlara onların gözləmədiyi sualı verib: “Bu mənzilin kirayəsi neçəyədir?”. Sual isə indiyə qədər istədiklərini eləyən məmurlar üçün olduqca xoşagəlməz idi. Və onların qarşısında bir vaxtlar sanki Şedrinin fırçasından çıxmış mənzərə açıldı. Sifətlərində təəcüb və heyrəti gizlədə bilməyib soruşdular: “Neçəyədir?!”. Və ətrafdakılar hamısı pıçıldayır: “Doğrudanmı onun başında çat var?! Axı bütün rayon yerli xanın xəzinə mülkdür, lap əvvəllərdən də belə olub!”.

Yeni başçı isə fikrində qalırdı. “Mənim maaşım bu mənzili kirayə götürməyə imkan vermir! Mənə nəsə daha ucuz yer tapın. Axı maaşım 2 min manatdan çox deyil. Əgər belə villa kirayə götürsəm, ay ərzində nə ilə dolanaram?”,-gənc icra başçısı ürəyində deyirdi.

“Necə yəni nəylə yaşamaq?”,-təəcübdən donub qalmış yerli bürokratiya qəhqəhə çəkdi. Axı bizim rayon piroqdur və ica başçısı ona yaxınlaşıb nəzakətlə dişləməlidir. Rayon dəhşətdən donub qalır...Sovet hakimiyyətinin qurulmasının ilk günlərindən bəri belə şey eşidən, görən olmamışdı.

Prezidentin qəzəbi və məmurun xalqın qarşısında görünməsi

Elə bu vaxt yerli mədəniyyət klubunda iri ekranda müasir kanonlara uyğun “cilalanmış” teleyeşiyin qarşısında rayonun minlərlə sakini ağızlarını açıb prezident İlham Əliyevin hiddətli çıxışına baxırdı: “Mən bəzən rayonlara gedəndə rayon başçılarından mövcud problemlər haqda soruşuram, onlar isə deyir hər şey əladır. Axı bu necə ola bilər? Ya onlar özləri problemlər haqda xəbərsizdir, ya problemləri gizlətməyə çalışır, ya da nəsə başqa məqsədi var. Mənim yeni təyin olunan icra hakimiyyəti başçılarına telekameralar qarşısında dediklərim onlar üçün ən vacib tapşırıqdır və həmin tapşırıqlara əməl edilməlidir. O cümlədən vətəndaşlara qarşı özbaşınalığa yol verilməməlidir, vətəndaşlara yuxarıdan aşağı baxılmamalıdır, məmur onlara xidmət göstərməlidir, əziyyət verməli deyil. Hansısa abadlıq işləri adı altında sahibkarlardan pul tələb etməli deyillər. Bu yolverilməzdir, bizə belə abadlıq lazım deyil. Onlar rüşvət götürməməlidir...”

İlham Əliyev Allahdan qorxmayan məmurlar haqda danışır

Prezident hiddətini, qəzəbini saxlaya bilmir. İlham Əliyev acı etiraf edir ki, məmurlar bir çox hallarda Allahdan da qorxmurlar. Klubda seansın-prezidentin günün əsas hadisəsi olan çıxışının başlamasından əvvəl rayona dəbdəbəli villada yaşamaq kimi feodal hüququndan özü bəribaşdan imtina edən yeni icra başçısının gəlişi barədə xəbərlər ildırım kimi yayılmışdı. Zarafat deyil axı, hansısa ucqarda, bölgədə insani sifətli gənc məmur peyda olmuşdu, o özündən əvvəlkilər kimi yıxıb-dağıtmaq, danlamaq istəmirdi, boş-boş suallar vermirdi, insanların problemlərini və dərdlərini dinləyirdi, üstəlik özündən əvvəlki pula həris rayon başçısının “avqiyev tövləsini” təmizləməkdə də qətiyyətli görünürdü.

Və İcra Hakimiyyətinin başçısı saraylardan və məmura xas dəbədəbədən imtina etməklə əsl əxlaq kodeksi və məmur etikası nümayiş etdirirdi. Kiçik şəhərciyin adi sakinlərindən birinin yöndəmsiz, balaca evində məskunlaşırdı. Yox, bu acı zarafat deyildi, nağıl və keçmişdə olmuş əhvalat da deyildi, məmurların xalqın nökəri olduğu haqda prezidentin arzusunun həyata keçməsi idi.

Yeni başçı xalqla rəhbər arasındakı kordonu-yerli bürokratiyanı bir kənara itələyərək birbaşa suallarla və köhnə qaydaları darmadağın etməyə yönəlmiş aşkar arzuları ilə xalqın qarşısına çıxdı. Və bu da təbiidir, axı adi komanı yox, sarayı seçmək nepotizmin və favoritizmin lap özüdür! Yəni ildən ilə İlham Əliyev hakimiyyətin məmurlarını təvazökar və asketik həyat tərzi keçirməyə çağırırdı.

“Mən öz ad günümü qaçqınlarla qeyd edirəm!...Məndən nümunə götürün!...Əgər əmurlar və onların alə üzvləri ictimaiyyətə qarşı hörmətsizlik etsələr cəzalanacaqlar”,-prezident dayanmadan təkrar edirdi.

Çox böyük təəsüflər olsun ki, özlərinin avqustsayağı (Oktavian Avqust, qədim Roma hökmdarı) toxunulmazlığına və cəzasızlığına səbəbsiz yerə əmin olan məmur sinfi Krılıvun məşhur təmsilindəki həmin bədnam pişiyi xatırladırdı...Pişik Vaska eşidir, bəli, özüdür! Nəyə görəsə plutokratiyaya, qohumbazlığa və patronatlığa qurşanmış plutlar-məmurlar əmin idilər ki, korrupsiya ilə mübarizə cəza tədbirlərinə qədər gedib çıxmayacaq. Hərçənd prezidentin antikorrupsiya diskursu alternativ yol qoymurdu.

İlham Əliyevin yolu üstündəki maneə

Və budur, bir neçə gün əvvəl Azərbaycanda ölkənin siyasi ənənələri baxımından təbii olmayan hadisə baş verdi. Axı uzun illərdən bəri ilk dəfə idi ki, hakimiyyət rayonlarda korrupsiya ilə mübarizənin ən son və cəza formasını-cinayət işlərini və həbsləri seçirdi. Budur, başa çatmaqda olan bütün il ərzində, yeni islahat kursunun elan edilməsindən bəri prezident həm özünün publik çıxışlarında, həm məmurlarla müxtəlif müşavirələrdə xəbərdarlıq edirdi ki, korrupsiya ilə mübarizə geriyə dönüşü olmayan nöqtəyə yaxınlaşır. İki nüfuzlu regional məmurun həbsi İlham Əliyevin antikorrupsiya strategiyasında mühüm hadisədir. Əlbətdə, dünyanın heç bir ölkəsində, hətta totalitar-despotik ölkələrdə korrupsiya ilə mübarizə tədbirləri təkcə cəza tədbirləri ilə məhdudlaşmır. Dövlət aparatındakı neqativ hallarla və “dövlət adamlarının” qurşandığı korrupsiya ilə mübarizə düşünülmüş, xüsusi seçilmiş və fərqli planlaşdırılmış tədbirlərdən ibarət olur, həbslərdən başlamış inzibati cəza tədbirlərinə, təşviqata və sosial tədbirlərə qədər. İlham Əliyev prezidentliyinin bütün dövlərində mübarizənin müxtəlif formalarına və metodlarına əl atıb.

Hakimiyyətin siyasi opponentləri bütün təşəbbüslərin nihilistcəsinə kor-koranə inkar edilməsindən çıxış edərək dərhal sual qoyurlar: nəyə görə korrupsiyaya görə hökumətin üzvləri deyil, ikinci dərəcəli məmurlar cəzalanır?! Özünü müxalifət adlandıranlar antikorrupsiya mübarizəsinin bütün fəlsəfəsini nəinki dərk etməyib, hərçənd ola bilsin dərk edib, amma özlərinin prinsiplərinə-böhtançılığa və deyingənliyə sadiq qalaraq hakimiyyətin əsl motivlərini və niyyətini şübhə altına almağa cəhd edib!

Əgər məsələnin tarixçəsinə qayıtsaq o zaman İ.Əliyev öz idarəçiliyinə məhz korrupsionerlər və inhisarçılarla mübarizə ilə başlayıb. Hakimiyyətə gələndən cəmi il yarım sonra prezident bir neçə korrupsioner qruplaşmalara sarsıdıcı zərbə endirdi. Hakimiyyət hökumət kabinetinin aparıcı üzvlərini-supernazir və mister-tvister, inhisarçı Fərhad Əliyevi, qırğı-traybozavrların başçısı Əli İnsanovu, kölgə kardinalı Akif Muradverdiyevi tərksilah etdi və dəmir barmaqlıqlar arxasına göndərdi...Siyahını davam etdirmək də olar. Bəli, bu prezidentin ətrafından bəzi siyasi ağırçəkililərin nümayişkarənə şəkildə siyasi edamı idi. Hakim sinfin böyük qismi bundan dərs götürməli idi. Axı antikorrupsiya mübarizəsi nəzəriyyəsinin əsasını qoyanlardan biri, “Sinqapur möcüzəsi”nin müəllifi Li Kuan Yu deyirdi ki, başlıcası ən yaxınında olanların həbsidir, qalanları dərhal başa düşəcəklər. İlham Əliyev səmii olaraq ümid edirdi ki, bütün bu sarsıntılar hakim sinif üçün ibrət dərsi olacaq. Amma belə olmadı! Və dövlət orqanizmində yeni xərçəng şişi-“mahmudovşina” meydana çıxdı. Özünə qondarma   “sistemin qoruyucusu” statusu verən Eldar Mahmudovun lovğalığından, dövlət səviyyəsində quldurluğundan, harınlığından hiddətlənən prezident “dərin dövlətə” qarşı misli görünməmiş cəza tədbirinə əl atdı-xüsusi xidmət təşkilatını buraxdı! 20-yə yaxın general həbsxanaya atıldı!..

Bəyəm prezident Beynəlxalq Bankın keçmiş prezidentə layiq olduğu cəzanı vermədi?!

Prezidentin məmurların yerlərdə müntəzəm görüşlər keçirməsinə dair təşəbbüsü necə olsun? Axı hökumətin hər bir üzvü ayda ən az bir dəfə problemli rayonlara getməli, insanları dinləməli və bürokratik kələfi yerlərdə çözməlidir!

Bəs ləğv edilmiş Nəqliyyat Nazirliyinin əhvalatı?! Axı hakimiyyət ən qüdrətli oliqarxlardan birinə-Ziya Məmmədova meydan oxudu. Lakin hamını tutub içəri salmaq da mümkün deyil axı...Hətta Yu özü də kütləvi repressiyanın işə yaramadığını göstərirdi. Təkcə kobud cərrahi müdaxilə ilə ölkəni xərçəng hüceyrələrindən xilas etmək mümkündürmü?! Bəs müalicə necə olsun?! Və budur, İlham Əliyev siyasi elitanın dəyişməsi barədə tarixi qərar qəbul edib.

Prezident hakim sinfin keyfiyyətcə yenilənməsini başa çatdırır-hökumət tam dəyişdirilib, sonra Prezident Administrasiyası yenilənib, parlament buraxılıb...Prezident hətta təşviqatçı missiyasını da üzərinə götürüb, hər gün korrupsiyanın kökünün kəsilməsinin vacibliyini təbliğ edir. Üstəlik bununla bərabər hakimiyyət məmur sinfinin sosial müdafiəsini də gücləndirir. Və bütün bu epoxal tektonik hərəkət İ.Əliyevin korrupsiya ilə mübarizəyə dair gündəlik qətiyyətli bəyanatları altında baş verir.

Və kim əmin edə bilər ki, dövlət aparatında bu inqilabi dəyişikliklərdən, təmizləmələrdən sonra oğurlamaq iştahı ilə alışıb-yanmayan məmur qalmayacaq?! Azərbaycan antik demokratiya haqda miflərlə tərbiyə olunmuş ölkə deyil ki. Dünyada korrupsiyaya tam qalib gəlmiş heç bir ölkə yoxdur. Əlbətdə ki, hərəkət olacaq. Lakin buna qarşı tədbirlər də olacaq axı. Həmin oğru icra başçılarının cinayətlərinin araşdırılmasını və onların həbsini prezident Dövlət Təhlükəsizliyi  Xidmətinə həvalə edib. Bu da öz xarakterinə görə olduqca mühüm və əhəmiyyətli dövlət qisası aksiyasıdır. Prezident üçün korrupsiya, nepotizm və paternalizm dövlət təhlükəsizliyi miqyasında əməllərdir. Axı özlərinə xas düşüncə tərzi seçən skeptiklərə və nihilistlərə inansaq dövlət orqanlarındakı neqativ hallarla və nüfuzlu məmurların cinayətlərinin nəticələri ilə mübarizəyə can atmayan hakimiyyət korrupsiya ilə mübarizəyə dövlət təhlükəsizliyinin qorunması qədər əhəmiyyət verməzdi, elə deyilmi?!

Tutaq ki, hakimiyyətin motivləri barədə sərsəm axtarışların müəlliflərinin versiyalarına görə məmurların oyun qaydalarını və yazılmamış kodeksi pozduqlarına görə cəzalandırıldıqları doğrudur. Lap belə hesab edək. Bizim müxalifətçilərin dünyası şaiyələrlə doludur. Lakin o zaman nəyə görə dövlət təhlükəsizliyinə cavabdeh olan strukturu bu işə qoşmaq, siyasi qalmaqalı və ictimai yanğını alovlandırmaq lazım idi?! Nümayişkarənə rotasiya ilə məhdudlaşmaq, yaxud “yazılmamış qaydanı pozan” məmura qarşı hansısa polis bölməsini işə salmaq daha asan deyildimi?! Hakimiyyətin isə əsl motivi əhalinin aztəminatlı hissəsinə dövlətin ayırdığı yardımları mənimsəyən məmur sinfini publik qaydada cəzalandırmaqdır. Cəzasızlıq və özbaşınalıq sindromunun qarşısını almaqdır. Digər məmurları xəbərdar etmək v onları layiqli xidmətə çağırmaqdır. Hansı ki, onlar yeni tarixi dövrün bütün əhəmiyyətini və sistemin demontajında özlərinin rolunu nəhayət dərk etməlidir.

İlham Əliyev nazirlərə yol göstərir

İlham Əliyev tələsir. Yeni iqtisadi dəyişikliklərin müəllifinə öz zəhmətinin bəhrəsini tezliklə görmək vacibdir. Prezident hər gün nazirləri toplayır, sual verir, tapşırır, yol göstərir...Saysız hesabsız müşavirələr və diskussiyalar Azərbaycan iqtisadiyyatının dirçəlməsinə dair vahid sonsuz sənədli lentdə toplanır. Və bu yolda hələ də görünməyən iri maneə-gizli sistem korrupsiyası dayanır.

Epiloq əvəzi

İki məşhur icra başçısının həbsindən dərhal sonra rayon başçılarının əvvəllər bərk-bərk bağlanmış qapıları taybatay açıldı. Məmurlar ideya xalqçıları obrazına girdilər, özlərini əvvəllər qorxutduqları həmin xalqa həsr eləməyə başladılar. Kimsə qoca qadının əlini öpür, üzünü göylərə tutur-axı Şərqdə hakimiyyət həmişə göylərlə bağlı olub, kimsə sabahkı gün üçün qorxusunu özündən uzaqlaşdıraraq həmin sadə xalqçıların qapısını döyür. Məmurlar həddən artıq qüdrətli görünmək qorxusuna görə xalqdan çəkinməyi, uzaq durmağı dayandırdılar...

Amansız cəza və qarşısıalınmaz qisas qorxusu məmurlara özlərinin əvvələr dərk etmədikləri, yaxud unutduqları missiyanın-xalqa xidmət etmək missiyasının əsl məğzini geri qaytardı-hansı ki, artıq 17 ildir prezident özü  bu missiya ilə əhatə olunub. Çoxmu çəkəcək?! İnanmaq istərdik ki, hakimiyyət iyindən sərxoş olmuş məmurları böyük dəyişikliklər küləyi nəhayət ayıldıb...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı