BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."

img

06-05-2024 [09:49]


"Qəzzada yardım karvanları yenə atəşə tutulub, BMT əməkdaşları saxlanılıb, onlar silahla təhdid olunublar".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı BMT-nin Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini elan edib.

BMT rəsmisi bildirib ki, İsrail hərbçiləri Qəzzada yardım karvanlarının hərəkətinə maneələr yaratmaqda davam edir: "Təəssüflə deməliyəm ki, İsrailin 2,3 milyon dinc sakinin ac və susuz buraxmasına əngəl ola bilmirik. Onlar açıq şəkildə yardım fəaliyyətlərinə mane olur. Təkcə son iki həftə ərzində yardım konvoylarına atəş açılması, BMT əməkdaşlarının zorakılığa məruz qalması və saxlanılması, hətta çılpaq soyundurulması, silahla hədələnməsi və nəzarət-buraxılış məntəqələrində uzun müddət gözlədilməsi kimi onlarla faktlar var. Biz bu faktları qarşı tərəfə də təqdim etmişik. Amma nəticə dəyişməzdir...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA