Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
06-05-2024 [00:19]
2005-ci ildə əfsanəvi türk serialı "Kurtlar Vadisi"ndə rol alan Hollivud ulduzu Şeron Stoun serialla bağlı maraqlı müsahibə verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur aktrisa 2005-ci ildə Endi Qarsiya ilə birlikdə rol aldığı serialın çəkiliş meydançasında ingiliscə heç kimin bilmədiyini iddia edib.
"TRT World"də qonaq olan Şeron Stoun bildirib ki, buna baxmayaraq, onlara çox böyük vəsait ödənilib: ""Kurtlar Vadisi" serialından bizə səxavətli qonorar verildi. Ancaq düzünü deyək ki, orada bizdən başqa ingiliscə heç kim bilmirdi. Biz onlara ingilscə sual verirdik, onlar buna türkcə cavab verirdilər. Bir-birimizi anlaya bilmirdik. Ona görə, bir-birimizi bir təhər yola verdik...".
Serialın ssenari müəllifi Bahadır Özdener isə Şeron Stounun açıqlamasının doğr olmadığını bildirib: ""Kurtlar Vadisi” prodüser qrupunda rejissordan başqa hamı ingiliscə bilirdi. Ssenari də ingiliscə idi. Çəkiliş meydançasında ingiliscə bilməyən yeganə şəxs rejissorumuz Serdar Akar idi. Əslində, bütün çəkiliş heyəti amerikalı idi. Necati Şaşmaz Amerikada yaşadığından zatən bu dili əla bilirdi. Şeron Stounla ssenari haqda əvvəldən danışıqlar da olmuşdu. Üstəlik, onunla birlikdə çəkilən Endi Qarsiya daha sonra da İstanbula gəldi və yenidən "Kurtlar Vadisi"ndə oynadı. Bu səbəbdən, açığı, bilmirəm, aktrisa bizim haqda niyə belə yanlış açıqlama verib".
Ləman
MİA.AZ
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu