Ceyhun Bayramov yeni əmr imzaladı

img

29-12-2019 [16:35]


Təhsil Naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

Mia.az xəbər verir ki, əmrə əsasən, pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin edilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) tapşırılıb.

Əmrə əsasən, inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim ediləcək:

"Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsini təmin edilməlidir.

Pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsini təmin olunsun.

İnklüziv təhsilin təşkili ilə bağlı Təhsil İnstitutu ilə əməkdaşlığı təmin edilsin.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisələrində inklüziv təhsilin təşkilinə metodiki köməyin göstərilməsini təmin olunsun.

Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görsün.

İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq nazirliyin struktur bölmələrinə və aidiyyəti müəssisələrə çatdırılmasını təmin edilsin".

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA