Rövnəq Abdullayev hesabat verdi, neftçilərə ali dövlət təltiflərini təqdim etdi - FOTO
29-12-2019 [15:11]
“Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir”.
“Report” xəbər verir ki, bunu bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
SOCAR-ın prezidenti 2019-cu ilin nəticələri barədə söz açıb, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, “SOCAR Polymer”, Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs edib, “Azəri-Çıraq-Günəşli” yataqlarında indiyə qədər olan ümumi neft hasilatının artıq 500 mln. tona çatdırıldığını qeyd edib. O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanıb, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirib:
“Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olub və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaq. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaq. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır”.
Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabr “Neftçilər günü” və “Neft Daşları”nın 70 illiyi ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərin bir qrupu iştirak ediblər.Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamları oxunub. “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş və “Fəxri neftçi” adına layiq görülmüş neftçilərə ali dövlət təltifləri təqdim olunub.
Təltif olunanlar adından çıxış edənlər, layiq görüldükləri dövlət mükafatlarını bütün Azərbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulayıblar.
Tədbirin sonunda SOCAR-ın birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftçilərini qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Ölkə başçısı İlham Əliyevin SOCAR-dakı fəaliyyətini xatırladaraq, onun daim neftçilərin dostu olduğunu vurğulayıb.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...