"Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir..." - Deputat nazirlə ortaq biznesi haqda iddialara belə cavab verdi

img

29-12-2019 [14:56]


Araşdırmaçı jurnalist Cavanşir Həsənli millət vəkili Hüseynbala Mirələmovun Panamada şirkəti olduğunu qeyd edib.

Məlumata görə, şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəs Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hüseynbala Mirələmov bildirib ki, onun şirkət sahibi olmasında qəbahət heç nə yoxdur: "Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir. Bunu yazan şəxslər gedib, işləri ilə məşğul olsunlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA