1500 nəfərdən çox şəxs “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib

img

29-12-2019 [17:43]


Son iki gündə 1500 nəfərdən çox şəxs “Yüksəliş” müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib. 

Bu barədə “Yüksəliş” müsabiqəsinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, dövlət quluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

“Yüksəliş" müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA