Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu

img

29-12-2019 [12:45]


Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12,Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA