BÖYÜK SEVİNCLƏ QARŞILANAN TƏLTİF VƏ... - Məktəb direktoru yazır

img

28-12-2019 [23:14]


Təhsil Nazirliyinin İnsan Resusları Mərkəzinin rəhbəri Murad Camalzadə Azərbaycan təhsilinin ən uğurlu kadrlarından biridir.

Bu gün təhsildə aparılan uğurlu kadr islahatlarında - istər müllimlərin işə qəbulunda, istər onların mövcud bilik və bacarıqlarının qiymətləndirilməsində, istərsə də yeni qaydada direktorların işə qəbulunda onun misilsiz xidmətləri hər kəsə məlumdur.

Ona görə də 27 dekabr 2019-çu il tarixdə Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramov xüsusi xidmətlərinə görə Murad müəllimə TƏŞƏKKÜRNAMƏ imzalayanda, hər bir təhsil işçisi sevindi.

Sosial məkanda bu sevinc saysız təbriklərdə öz əksini tapdı. Bu arada qeyd edim ki, mən də ömrünü təhsilimizdə keçirən, təcrübəli bir pedaqoq kimi nazirimizin bu təltifini alqışlayıram. Sağ olsun, cənab nazirimiz Ceyun Bayramov! ...

Sirr deyil ki, bu gün təhsil sistemində yalnız ən fədakar, ən qabiliyyətli, ən işgüzar müəllim və digər pedaqoji işçilərin əməyi təqdir olunur. Heç vaxt Təhsil Nazirliyi indiki kimi ictimaiyyətə açıq olmayıb. Nazirliyin rəhbər strukturlarının ərazilərdə olması, vətəndaşlarla görüşləri böyük sevgi ilə qarşılanır.

Dünya təhsil sistemində Azərbaycan təhsilinin bütün istiqamətlər üzrə inkişaf dinamikası nə qədər qürurvericidir. Bu inkişafın, bu yeniləşmənin ən nəzərəçarpacaq yeri KADR İSLAHATLARIDIR. Təbii ki, hələ o islahatlar davam edir, o islahatlarda Prezidentimiz cənab İlham Əliyevin iradəsi və müvafiq sərəncamlar var.

Cox hörmərli Murad Camalzadə!

Nazirimiz tərəfindən əməyinizə verilən qiymətə görə Sizi ürəkdən təbrik edirik. Yaxşıların, ən layiqlilərin əməyi təqdir olunanda, sevinməmək mümkün deyil. Bu müraciəti də böyük sevinc hissi ilə yazıram. İnsan Resusları Mərkəzinin uğurlu fəaliyyəti nəticəsində ucqar bir kənd məktəbimizdə bütün fənlər ixtisas müəllimləri tərəfindən tədris olunur. Simanızda TN-nın kadrlar şöbəsinə və İRM-nın bütün əməkdaşlarına təşəkkür edirik. Sizi kimi insanlara güvənirik, operativliyinizi alqışlayırıq.

Sadə bir misal: Bu günlərdə məktəbimizin coğrafiya müəllimi İsayev Əlidursun Feyruz oğlu yeni qaydada, şəffaf şəkildə rayonumuzun Məzrəli kənd tam orta məktəbinə direktor təyinatı aldı. Yaxşı müəllim olduğundan bu təyinata nə qədər sevinsək də, müəllim-şagird kollektivimiz tək ixtisaslı müəllim olduğunda narahatçılıq hissi keçirdi. Hətta valideynlər də müraciət etdi. Üç gün çəkməmiş Bakı Dövlət Universitetinin coğrafiya fakultəsini bitirmiş və MİQ-də yüksək bal toplamış yeni bir müəllim məktəbimizə göndərildi. Qeyd edim ki, Azərbaycanın müxtəlif diyarlarından olan 8 nəfər belə təyinatçı müəllim məktəbimizdə müxtəlif ixtisaslar üzrə müəllim işləyir və tam qayğı ilə əhatə olunublar...

Murad müəllim, Ulu Tanrı Sizi qorusun! Hesab edirik, davam etməkdə olan kadr islahatlarında və nəzərdə tutulmuş struktur dəyişikliklərində Sizin yeriniz və əməyiniz gərəkli olacaq.

Səxavət Tağlar (Tağıyev),

İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA