Akademik yenidən seçkiyə qatıldı - 5-ci dəfə

img

28-12-2019 [19:06]


5-ci çağırış Milli Məclisin (MM) üzvü olan bitərəf deputatlardan daha biri seçkilərdə iştirak qərarı verib.

Mia.az Etikxeber.az-a istinadla bildirir ki, akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva növbəti-5-ci dəfə seçkilərə qatılıb.

Xanım millət vəkili namizədliyini yenə 93 saylı Bərdə şəhər dairəsindən irəli sürüb.

Qeyd edək ki, G. Baxşəliyeva son 4 çağırışda Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.

İlk dəfə 2000-ci ildə, 2-ci çağırış dövründə MM-in üzvü olan G. Baxşəliyeva cəmi bir neçə iclasdan sonra həm də bitərəflərin təmsilçisi olaraq, vitse-spiker vəzifəsinə seçilib və 2005-ilin payızına, 3-cü çağırış seçkilərə kimi bu vəzifəni icra edib.

Hazırda MM-in Mədəniyyət, həmçinin, Elm və təhsil komitəsinin üzvüdür.

Eyni zamanda, «Elmi araşdırmalar» dərgisinin məsul redaktoru, «Azərbaycan şərqşünaslığı» dərgisinin baş redaktorudur.

Beləliklə, bitərəf deputatlardan namizədliyini irəli sürən MM üzvlərinin sayı 28-ə çatıb.

Onu da qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 93 saylı Bərdə şəhər seçki dairəsindən rəsmi namizədi Yıldırım Fatma Vidadi qızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA