İsa Həbibbəyliyə daha bir vəzifə verildi - AMEA-nın iki vitse-prezidentinin adları bəlli oldu 

img

28-12-2019 [13:27]


Bu gün keçirilən AMEA-nın illik ümumi yığıncağında Akademiyanın yeni təsis olunan  2 birinci vitse-prezident vəzifəsinə (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) namizədlərin adları bəlli olub.

Mia.az xəbər verir ki, hər iki şəxsin namizədliyini Ramiz Mehdiyevin özü açıqlayıb.

Onun  humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyinin irəli sürüldüyünü bildirməsindən sonra  məsələ gizli səsverməyə qoyulub və qəbul olunub.

Yeri gəlmişkən, İsa Həbibbəyli budəfəki parlament seçkisində YAP-ın dəstəklədiyi namizədlərdəndir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA