“Azərkosmos” iki Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

img

27-12-2019 [14:16]


“Azərkosmos” ASC və Türkiyənin aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. 

Bu barədə Mia.az-a “Azərkosmos”dan bildirilib. 

Müqaviləyə əsasən “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Türkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR