Ukrayna Qərbin ikiüzlü siyasətini ifşa etdi - “The Guardian” yazdı
02-08-2023 [15:48]
Ukrayna Qərbin ikiüzlü siyasətini ifşa etdi.
Yox, bu başlıq bizlərə məxsus deyil. Belə bir başlıqla Böyük Britaniyanın nüfuzlu nəşrlərindən olan “The Guardian” (Ukraine has exposed the west’s hypocrisy. Thu 17 Mar 2022) çıxış edib.
Bilirəm, Azərbaycanda Qərblə bağlı hər hansı bir tənqidi fikri süngü ilə qarşılanyanlar var. Hətta onlar məni ittiham edirlər ki, İsveçrədə yaşayıb Qərbi tənqid etmək nankorluqdur. Fanatizmə meylli olan bu kəsim heç cür başa düşə bilmir ki, Qərb özü özünü tənqid edir. Və bu, Qərbdə normal qarşılanır. Elə bu yazımda da Qərb mənbələrinə istinadən Qərbin yeritdiyi ikiüzlü siyasətdən söhbət açacam. Əslində Qərbin yeritdiyi siyasətdə ikiüzlü demək çox yumşaq ifadədir. Ancaq mən rəngləri tündləşdirməyin tərəfdarı deyiləm.
Dəfələrlə Azərbaycan və Türkiyə prezidentləri də Qərbi ikiüzlülükdə suçlayıb. Ancaq biz daha çox “Qərb Qərbin ikiüzlü siyasəti haqqında nə yazır?” sualına cavab verməyə çalışacağıq.
Böyük Britaniyanın “express.co.uk” saytı “Ukraine commandos train in UK for Crimea invasion” (Ukrayna komandosları Krımı işğal etmək üçün Böyük Britaniyada təlim keçir) adlı məqalə ilə çıxış edib. Məqalədə deyilir ki, Ukrayna komandosları əməliyyat zamanı rus qoşunlarını sıradan çıxarmaq və iflic etmək üçün havadan, qurudan və dənizdən yeni texnologiyadan istifadə edərək zərbələr endirəcəklər.
Saytın məlumatına görə, 2 mindən çox ukraynalı əsgərə Dartmurunda mütəxəssislər tərəfindən təlim keçirilir. Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov həmin qüvvələrin “tezliklə” Krıma girəcəyini təsdiqləyib.
O da sirr deyil ki, ABŞ başda olmaqla Qərb Rusiyaya qarşı müdafiə olunmaq üçün Ukraynaya ən müasir silahlar verir, bu ölkəyə maddi və mənəvi dəstəyini əsirgəmir. Faktiki olaraq Ukrayna üzərindən Qərb Rusiyaya qarşı “proxy war” aparır.
Bəs bu müharibənin səbəbi nədir?
Azərbaycan üçün ən önəmlisi bu sualın cavabıdır. Yuxarıda bəhs etdiyimiz Krım yarımadası 2014-cü ildə Rusiya Federasiyası tərəfindən anneksiya edilib. 2022-ci ilin fevralında isə Rusiya 2014-cü ildə elan olunmuş qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını Krım yarımadası kimi anneksiya etmək üçün hərbi müdaxiləyə əl atdı. Elə o vaxtdan da Rusiya-Ukrayna müharibəsi davam edir.
Yəni ABŞ başda olmaqla Qərb Rusiyanın Ukraynada dəstək verdiyi separatizmə qarşı müharibə aparır. Bütün parametrlər baxımından da Ukraynaya dəstək verir.
Haqlı olaraq ortaya belə bir sual çıxır: Necə olur ki, Qərb bütün vasitələrlə Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı döyüşür. Ancaq Azərbaycanda Rusiyanın dəstək verdiyi separatizmi müdafiə edir. Niyə? Niyə Qərb separatçı Qarabağ ermənilərinin himayəsindədir? Ancaq Ukraynada rus separatçılara qarşı bu qədər qəzəblidir.
Özü də Qərb təkcə Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı çıxmır. Məsələn, 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiyada da separatizmə məhz Rusiya dəstək verib. Rusiya Federasiyası, Nikaraqua, Venesuela, Nauru və Suriya Cənubi Osetiyanın müstəqil dövlət kimi tanıyıb. Dağlıq Qarabağı isə heç kəs, hətta Ermənistan belə tanımayıb. Abxaziya Respublikası da 1992-ci ildə Gürcüstandan ayrıldığını bəyan edib.
1991-ci ildən Dnestryanı Moldav Respublikası meydana çıxıb. O işdə də Rusiyanın əli var. Qərb Moldovanın da ərazi bütövlüyünü tanıyır və Moldovada separatizmi rədd edir.
Ancaq söhbət Qarabağ ermənilərindən gedəndə Qərb tanınmaz dərəcədə dəyişir.
Yuxarıda qeyd etdiyimiz kimi, Böyük Britaniya Krımı geri almaq üçün ukraynalı komandoslara xüsusi hərbi təlimlər keçir. Kerç boğazından keçən Krım körpüsü avtomobil və dəmiryol xəttindən ibarətdir. 19 km. olan Avropanın ən böyük körpüsü kimi Krım körpüsü Rusiyanı yarımada ilə birləşdirən yeganə quru xətdir. Təxminən keçmiş Laçın dəhlizi kimi. Diqqət edin, Qərb iki ayağın bir başmağa dirəyib ki, Laçın yolunu dəhliz statusunda açın. Ancaq rusların çoxluqda olduğu yarımadanı Rusiya ilə birləşdirən Krım körpüsünün partladılmasını toy-bayram edir. Bu körpünün sıradan çıxması üçün bütün mümkün vasitələrə əl atır.
Və ya Qərb ölkələrində olan bəzi siyasi qüvvələr, xüsusən Fransada, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan dəm vururlar. Ancaq Ukrayna, Gürcüstan və Moldovada tamam əks mövqedən çıxış edirlər.
Elə bugünlərdə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Laçın yolunun dəhliz statusunda açılması tələbi ilə çıxış etdi. Əslən katalon olan bu siyasətçi maraqlıdır ki, katolanların İspaniya və Fransadan ayrılmasına və müstəqil dövlət qurmasına etiraz edir. Bunun onunla əsaslandırır ki, belə bir nümunə Avropada domino effekti doğura bilər. Çünki Avropada 260-dan çox separatçı hərəkat var. Deməli, özləri həm Avropada, həm də Rusiyaya bağlı separatçı hərəkatlara qarşı çıxırlar. Ancaq bu yanaşma Rusiyanın dəstək verdiyi Qarabağ ermənilərinə nədənsə şamil olunmur? Niyə? Biz bunu xristian fundamentalizminin bariz nümunəsi kimi qəbul edə bilərikmi? Ən azı biz bu barədə düşünmək zorundayıq...
Özü də Qərbin ikiüzlü siyasəti təkcə Qarabağ məsələsində qabarıq şəkildə ortaya çıxmır. Məsələn, elə “The Guardian” da gedən “Ukraine has exposed the west’s hypocrisy” adlı məqalədə deyilir: “Bəli, Ukraynada baş verənlər dəhşətlidir, amma bunu xeyirlə şərin davası kimi göstərmək ikiüzlülükdür. Çoxları ABŞ-ın İraqdakı hava hücumundan müdafiə üçün tikilmiş sığınacağı “təsadüfən” bombaladığını xatırlayır. Putin eyni şeyi Ukraynada edəndə bu, qəsdən törədilmiş hərbi cinayət sayılır”.
Başqa bir fakt. Kishore Mahbubani “The Hypocrisy of the West” (Qərbin ikiüzlülüyü) adlı kitabında yazır ki, Konqres ABŞ Dövlət Departamentinə dünyanın bütün dövlətlərində (ABŞ istisna olmaqla) insan haqları sahəsində fəaliyyətinə dair illik hesabatlar dərc etməyi tapşıran qanun qəbul edib. ABŞ Dövlət Departamenti digər ölkələrdə tətbiq edilən işgəncə hallarını çox səylə qeydə alır. Dövlət Departamenti Şri-Lanka və Tunislə bağlı hesabatlarında yazıb ki, bu ölkələrdə istintaq zamanı adamın başını soxub onu boğulana qədər suda saxlayırlar. ABŞ bunu işgəncə kimi pisləyir.
Ancaq 2001-ci ildə 11 sentyabr hadisəsindən sonra ABŞ ona hücum edən radikal islamçı terrorçulara qarşı qlobal kampaniyaya başladı. ABŞ bəzi terror şübhəlilərini ələ keçirdikdən sonra onları Quantanamo həbs düşərgəsinə aparıb və onlara dəhşətli işgəncələr verib. Bu barədə çoxsaylı faktlar var. Bu faktlar-seksual zorakılıqdan tutmuş Quranın yandırılmasına qədər-Qərb mətbuatında çap olunub.
Sözügdən kitabda deyilir ki, ABŞ bu biabırçılıqdan sonra məntiqi olaraq digər ölkələrlə bağlı illik hesabata son qoymalı idi. Özü xirtdəyə kimi zibilin içində olan ölkə başqa ölkələri necə ittiham edə bilərdi? Əlbəttə, bu, ən azı ikiüzlülük olardı. ABŞ-ı dünyanın “mənəvi və ya əxlaq sənayesi” (“moral industry”) adlandıran müəllif yazır ki, ancaq belə olmadı. “The New York Times” və “The Washington Post” kimi qəzetlər bu kimi illik hesabatları gündəmə daşıdı.
Kitabın bu hissəsi xüsusi ilə maraqlıdır: “ABŞ-dan kənarda dünyanın ikinci ən böyük “mənəvi sənayesi” Avropadır. Əksər Avropa hökumətləri Rusiya və İran kimi ölkələri tətbiq etdikləri “işgəncə”dən dolayı qınayırlar. “İşgəncə vermə” ifadəsindən irəli gələn mənəvi mülahizə məntiqinə görə, Avropa hökumətləri ABŞ-ı işgəncə tətbiq etdiyinə görə dərhal qınamalı idi. Təəccüblüdür ki, bu günə qədər heç bir Avropa hökuməti ABŞ-a qarşı bunu etməyib”.
Qərb öz dəyərlərinə sözdə və əməldə sadiq olduğunu göstərməlidir. Türkiyədə PKK-kürd, Azərbaycanda erməni separatizminə dəstək verən Qərb nədən Avropada, Şimali Amerikada, xüsusən Kanadada (Kvebek Kanadanın ən böyük əyalətidir. Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalətdir) separatizmə qarşı çıxır. Yeri gəlmişkən, ABŞ-da da 6 separatçı hərəkat var. Ancaq Qərbdəki separatçı hərəkatlardan Qərb mediası belə xəsisliklə söhbət açar...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun