"İstintaqa cəlb olunmamışam" - SOCAR rəsmisi iddiaları cavablandırdı

img

27-12-2019 [12:38]


"SOCAR Trading" şirkətinin əməkdaşlarının Maltada araşdırılan hər hansı cinayət işi üzrə istintaqa cəlb olunması haqqında məlumatlar tamamilə yalandır".  

Mia.az xəbər verir ki, bunu "Report"a "SOCAR Trading"in LNG şöbəsinin rəhbəri Turab Musayev deyib.

"Mənim istintaqa cəlb olunmağımla bağlı xəbər həqiqəti əks etdirmir. İstintaqla bağlı nə mənimlə, nə də şirkətimizin digər əməkdaşları ilə əlaqə saxlanılmayıb", - T.Musayev vurğulayıb. 


"Maltanın heç bir qəzeti və xəbər agentliyi istintaqa cəlb olunmağımla bağlı məlumat dərc etməyib", - T.Musayev bildirib.

Xatırladaq ki, bəzi şəxslər tərəfindən xarici KİV-lərdə guya Turab Musayevin istintaqa cəlb olunması barədə məlumatlar yayılıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA