Kürdəmirdə azyaşlıların Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb

img

27-12-2019 [11:02]


Kürdəmir rayonunda azyaşlı uşaqlar üçün təşkil olunmuş Yeni il şənliyi zamanı zalın döşəməsi çöküb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kənd folklor evində qeydə alınıb.

Şənlik zaman qəfildən zalın döşəməsi çöküb. Hadisə zamanı xəsarət alan olmasa da, azyaşlılar dərhal zaldan çıxarılıblar.

Qeyd edək ki, Xırdapay kənd folklor evi 2013-cü ildə təmir olunub. İlkin məlumata görə, həmin zaman işlərin qeyri-peşəkarlara həvalə olması zalın döşəməsinin çökməsinə səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA