Ombudsman hüquq müdafiəçiləri ilə birlikdə qadın və uşaq həbsxanasına getdi - FOTO
26-12-2019 [19:30]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə tədbirlər təşkil edib.
Ombudsman Aparatından Mia.az-a"a verilən məlumata görə, tədbirlərdə Müvəkkil Səbinə Əliyeva, Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri - Novella Cəfərova, Səidə Qocamanlı, Ombudsman Aparatının məsul əməkdaşları, Penitensiar Xidmətin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ombudsman Səbinə Əliyeva Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib. Məhkum uşaqlara bayram sovqatı paylanıldıqdan sonra həmin müəssisənin bir sıra obyektlərinə, o cümlədən yaşayış sahəsinə, tibb-sanitar hissəsinə, sinif otaqlarına, kitabxanaya baxış keçirilib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Daha sonra qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib və bayram tədbiri davam etdirilib.
Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilini salamlayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, penitensiar müəssisələrdə saxlanılan şəxslərin təhlükəsizliyi və sağlamlıqlarının təmin edilməsinin daim diqqət mərkəzində olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildiyini, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb. M.Qafarov cəzaçəkmə müəssisələrində tərbiyə işinin təşkilinə xüsusi diqqət yetirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Müvəkkil Səbinə Əliyeva iştirakçıları, o cümlədən məhkum qadınları bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib. O, bu müəssisədə Ombudsman olaraq ilk görüşünü keçirdiyini diqqətə çatdırıb, təsisatın məhkumların hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti barədə məlumat verib.

Ombudsman Səbinə Əliyevanın sözlərinə görə, təsisatın fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil qanun pozuntularına bir daha yol verilməməsinin vacibliyini qadın məhkumların diqqətinə çatdırıb, onlara sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.
Tədbir çərçivəsində Müvəkkil müəssisənin bir sıra obyektlərinə, o cümlədən istehsal sahələrinə, gəzinti yerlərinə, kitabxanaya, kluba və digər yerlərə baxış keçirib, bəzi məhkumların müraciətlərini dinləyib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa da baxış keçirilib, onların vəziyyəti diqqətdə saxlanılıb.
Ombudsman Səbinə Əliyeva tərəfindən həmin müəssisələrdəki məhkumlara, o cümlədən körpəsi olan məhkum analara sovqat, şirniyyat və bayram hədiyyələri paylanılıb.
Tədbir Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı orkestrinin və solistlərinin, Xalq artisti Gülyanaq Məmmədovanın çıxış etdiyi bədii proqramla davam etdirilib.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...