Prorektorlar Təhsil Nazirliyinə çağırıldı - Universitetlərdə monitorinq keçiriləcək
26-12-2019 [16:56]
Dekabrın 26-da Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə ali təhsil müəssisələrinin prorektorları ilə görüş keçirilib.
Təhsil Nazirliyindən Mia.az-a verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinin direktorları, direktor müavinlərinin də iştirak etdiyi görüşdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, tədbirin məqsədi təhsil müəssisələrində tərbiyə işinin təşkili ilə bağlıdır. Firudin Qurbanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki konseptual çıxışında dünyadakı çağırışlar, Azərbaycanın bu çağırışlara müvafiq yanaşması, ölkəmizdə aparılan islahatlar, eləcə də təhsil müəssisələri qarşısında duran həlli vacib vəzifələrə, həmçinin bir sıra digər məsələlərə toxunub.
IV sənaye inqilabından danışan Təhsil nazirinin müavini qeyd edib ki, bu dövr həm də süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə müşayiət olunur. Yeni çağırış və dəyişikliklərin təhsil sisteminə təsirindən danışan Firudin Qurbanov bildirib ki, belə bir şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənclərin yetişdirilməsi mühüm şərtdir. Nazir müavininin sözlərinə görə, ali təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, həm də müxtəlif insani keyfiyyətlərə, qabiliyyətlərə malik insan yetişdirməlidir ki, onlar cəmiyyətə fayda versinlər. Bu mənada ali təhsil müəssisələri qarşısında çətin, məsuliyyətli vəzifə durur.
Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Ali təhsil müəssislərində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mühüm mədəni-kütləvi, incəsənət tədbirlərinə, intellektual oyunlara, idman yarışlarına cəlb olunmasının vacibliyini qeyd edib. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq monitorinqlər aparılacağını əlavə edib.
Daha sonra qarşılıqlı fikir mübadiləsi şəkilində davam etdirilən görüşdə təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...