Anar Bağırov: "Bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışır"

img

26-12-2019 [11:35]


Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışırlar, bu yolverilməzdir".

Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O qeyd edib ki, vəkillərin işinə heç kim müdaxilə edə bilməz: "Bəzi vəkillərimiz səfirliklərə işləri ilə bağlı məlumatlar verirlər. Lakin heç bir vəkil də xarici ölkə səfirinə hesabat verə bilməz. Biz müstəqil qurumuq. İstər öz ölkəmizdə, istərsə də xarici ölkələrə hesabat vermirik".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA