Əlillik dərəcəsi üçün rüşvət alan Baş həkmin müavini işdən çıxarıldı
26-12-2019 [09:57]
Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün işdən çıxarılıb.
Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin "qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə" tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.
Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib.
Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.
Bunlardan əvvəl də M.Hüseynzadə barəsində tədbir görülüb. Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olan təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib. Amma M.Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib. Buna görə də M.Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Q.Kərmov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb. Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib. Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub:
"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.
Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq yolu ilə çoxlu sayda insanları aldadıb pullarını alıb".
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...