İKİ MƏRKƏZƏ DİREKTOR TƏYİN OLUNDU - KTN-də yeni dəyişikliklər

img

25-12-2019 [19:51]


Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub.

Bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Rəşad Əzizov Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə, Emin Eyvazov isə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, ötən ay İnam Kərimovun imzaladığı əmrə əsasən, Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar/oxu.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA