Nazirlər Kabinetindən ABŞ və Koreya vətəndaşlarına verilən viza ilə bağlı - Qərar

img

25-12-2019 [15:49]


Nazirlər Kabineti “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı”nı təsdiq edib.

Mia.az-ın məlumatına görə, siyahıda Amerika Birləşmiş Ştatları və Koreya Respublikası yer alıb.

Siyahıda nəzərdə tutulan ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği “Dövlət rüsumu haqqında” qanun ilə eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduğundan “Dövlət rüsumu haqqında” qanunun 17.6-1-ci maddəsinə uyğun olaraq dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA