BAŞ NAZİR TİKİNTİ İLƏ BAĞLI YENİ QƏRAR İMZALADI - Nələr dəyişdi?
25-12-2019 [14:20]
Tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək.
Bununla bağlı Baş Nazir Əli Əsədov “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 5 nömrəli və “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərar Prezidentin yeni tikilən binaların tikildiyi ərazinin memarlıq üslubuna uyğunluğunu təmin etmək məqsədi ilə dəyişiklikləri nəzərdə tutur.
2018-ci ildə Prezidentin Fərmanı ilə tapşırılmışdı ki, tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması üçün mexanizmlər işlənib hazırlansın.
Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır. Bunu həyata keçirmək üçün isə müvafiq mexanizmlərin işlənib hazırlanması tapşırılmışdı.
NK-nın 493 saylı Qərarı bu məqsədlə əvvəlki qətrarlara dəyişiklik edib.
Edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaq.
Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:
- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;
- binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;
- eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.
Əgər müfəssəl plan yoxdursa, tikinti layihələri şəhərsalma əsaslandırılması layihələrinə (sırf tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədi) uyğun işlənməlidir. Odur ki, yuxarıda sadalanan tələblər şəhərsalma əsaslandırılması layihələrinə də şamil edilir.
Şəhərsalma əsaslandırılması hazırlanan zaman binanın memarlıq üslubunun müəyyən edilməsi ilə bağlı sifarişçi (sahibkar, fiziki, hüquqi şəxs) tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət oluna bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
Tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq ərazinin memarlıq üslubuna riayət edilmədikdə, şəhərsalma əsaslandırılmasını təsdiq edən orqan tərəfindən sifarişçiyə işçi qaydada uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tövsiyələr veriləcək.
Həmin tövsiyələrə uyğun olaraq şəhərsalma əsaslandırılması layihəsi üzrə işlənilmiş memarlıq üslubunu razılaşdırmaq mümkün olmadıqda, layihə üzrə hazırlanması nəzərdə tutulan küçə və məhəllədaxili yolların açılışı cizgiləri sifarişçinin ərizəsi əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənişsiz qaydada tərtib ediləcəkdir/Report.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...