"Havanın temperaturu normadan yüksəkdir”Umayra Tağıyeva

img

25-12-2019 [11:41]


“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan  6.2 dərəcə yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA