Rövnəq Abdullayev Baş nazirlə görüşdü - Gürcüstanda müzakirə + FOTO

img

24-12-2019 [18:17]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ilə görüşüb.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA