Təhsil Nazirliyi: "Diaqnostik qiymətləndirilmədə 2700-dək psixoloq iştirak edəcək"

img

24-12-2019 [10:38]


Bu gündən psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinə start verilib. 

Təhsil Nazirliyindən Mia.az-a.a verilən məlumata görə, dekabrın 28-dək davam edəcək prosesdə 2700-dək psixoloqun iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, diaqnostik qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilir. İmtahanda namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA