Bələdiyyə seçkilərində seçicilərin cəmi 32.72 faizi səs veriblər

img

23-12-2019 [20:39]


Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərinin səs verdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib.

Seçki prosesini izləmək üçün 1000 məntəqədə vebkameralar quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesi dünyanın istənilən nöqtəsindən izlənilib. Eyni zamanda ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA