"Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar?" - Rəşid Mahmudovdan icra başçılarına sərt etiraz

img

23-12-2019 [19:27]


Xəbər verdiyimiz kimi bir neçə gün öncə Ağstafanın icra başçısı və köməkçilərinin həbsi ölkədə rezonansa səbəb oldu. Aparılan islahatlar nəticəsində məlum oldu ki, artıq heç də əvvəlki kimi icra başçılarının özbaşınalıqlarına bu qədər göz yumulmayacaq.

Mia.az xəbər verir ki, moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudovun sözlərinə görə, ölkənin sərvətini talayan məmurların cəzalandırılması vacibdir:

“İcra başçılarına artıq bildirilməlidir ki, ölkənin sərvətini bu qədər talan etmək olmaz. Onlar insanlara xidmət etməlidir. Hansı rayona icra başçısı təyin olunurlarsa, başlayırlar ancaq özlərinə sərvət yığmağa. Fəhlənin maaş kartından pul qazanırlar, belə də kişi olar? Gənc icra başçıları inanmıram ki, bu cür addımlar atsınlar, amma uzun müddət bu sahədə işləyən adamlara nəzarəti qücləndirmək lazımdır. Bunlar yalan danışırlar, hamısının milyonları var. Elə ən çox pul o kirayədə qalıram deyən icra başçısındadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA