PA AĞSTAFAYA BAŞ MƏSLƏHƏTÇİNİ GÖNDƏRDİ - Nəsir Muxtarlı ilk tapşırıqlarını verib

img

23-12-2019 [15:12]


Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.

Mia.az Unikal.org-a istinadən xəbər verir ki, hazırda Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir. 

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib. 

Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra  Prezident Administrasiyasının (PA)  baş məsləhətçi vəzifəsinə təyinat alıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA