"Komissiya yaradılıb" - SOCAR dənizə axıdılan neftlə bağlı açıqlama yaydı

img

23-12-2019 [13:40]


"Neft, lay suları, digər çirkli maddələrin dənizə birbaşa axıdılması SOCAR-ın təlimat və standartlarında nəzərdə tutulmur və şirkət rəhbərliyinin yerlərə verdiyi təlimatlara birbaşa ziddir".

Mia.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidməti sosial şəbəkələrdə dəniz platformasından neft və ya digər bulanıq mayenin dənizə axıdılması barədə yayılan görüntülərə münasibətdə deyib:

"SOCAR son dövrdə "Azneft" İB-nin dəniz platformalarında lay sularının təmizlənməsi üçün xüsusi avadanlıqlar quraşdırıb və artıq neftlə birlikdə çıxan lay sularının da təmizlənməsinə tam nail olunub. Yayılan görüntülərdə əks olunan hadisənin məkanı Neft Daşlarında ehtimal olunduğuna görə bu gün səhər "Azneft" İB-nin rəhbər heyətinin iştirakı ilə oraya komissiya göndərilib. Hazırda araşdırma aparılır və nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq. Ətraf mühitin qorunması istiqamətində bu cür hadisələrin təkrar baş verməməsi üçün nəzarət daha da gücləndiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA