İcra başçısı camaatla görüşdü, təklifləri dinlədi, tapşırıqlar verdi - FOTOLAR

img

22-12-2019 [13:03]


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mikrorayondakı 20 Yanvar küçəsi, Mir Cəlal küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlərin rayon İH tərəfindən təşkil olunmuş səyyar qəbulunda müraciətlərini dinləyib.

Bu barədə İH-dən Mia.az-a verilən məlumata görə, sakinlərdən Nağıyeva Minayə, Şükürov Əhməd, Talıbova Natiqə, Dadaşov Orxan, Həsənova Şərafət və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən MTK-ya məxsus binanın zirzəmi sahəsindəki kanalizasiya xəttinin və liftin təmiri, damlardakı su çənlərinin və həyətdəki qanunsuz çəpərlərin yığışdırılması, yolun təmiri, həyətlərin işıqlandırılması və abadlaşdırılması barədə müraciətlər edib, təkliflər irəli sürüülər.

Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA